"Çox gözəl binadır, amma təhlükəlidir" - VİDEO

· 1 mənbə

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, 7 nömrəli körpələr evi-uşaq bağçasının binası uzun illər istismar olunduğundan və texniki vəziyyəti təhlükəli hesab edildiyindən məktəbəqədər təhsil müəssisəsi 2013-cü ildə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin binasına köçürülüb. Həmin dövrdən etibarən bina istifadəsiz qalıb və körpələr evi-uşaq bağçası 2024-cü il oktyabrın 1-dən rəsmi olaraq fəaliyyətini dayandırıb. O da qeyd olunub ki, növbəti illərdə binanın sökülərək yenidən tikilməsi və məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mənbə: Xəzər Xəbər · 28.11.2026, 19:36 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər "Çox gözəl binadır, amma təhlükəlidir" - VİDEO

Xəzər Xəbər saytında oxu