Dağıstanda 12 yaşayış məntəqəsi işıqsız qalıb
· 1 mənbə
Bakı. Trend:
Rusiyanın Dağıstan Respublikasının Şamil rayonunda baş vermiş qəza nəticəsində 12 yaşayış məntəqəsinin elektrik enerjisi təchizatı kəsilib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.
Hazırda elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər aparılır.
Mənbə: Trend · 23.11.2026, 20:00 · orijinal məqalə