Makronun çıxışı zamanı məktəbli qızın ürəyi getdi

· 1 mənbə

Fransa Prezidenti Emmanuel Makronun çıxışı zamanı məktəbli qızın halı pisləşib.

Modern.az xəbər verir ki, hadisə prezidentin yerli zavodun əməkdaşları qarşısında çıxışı zamanı baş verib. Tədbirdə yuxarı sinif şagirdləri də iştirak ediblər.

Şagirdlərdən birinin halı pisləşdikdən sonra Makron çıxışını dərhal dayandırıb.

Fransa Prezidenti bildirib ki, səhər yeməyi yeməmək və ya çox erkən yemək, eləcə də uzun müddət hərəkətsiz dayanmaq halsızlığa səbəb ola bilər.

Mənbə: Modern.az · 23.11.2026, 20:09 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu