Dərsliklərə yönələn tənqidlər nə dərəcədə əsaslıdır?
· 1 mənbə
Bakı. Trend:
Xəbərlərin neqativ yükü çox olanda, “qırıldı”, “batdı”, “dağıldı”, “biabırçılıq” kimi ifadələr yazılanda bu, bizim cəmiyyətdə çox tez yayılır.
Trend-in müxbiri xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, təhsil işçilərinin kommunikasiya sahəsində müəyyən problemləri olub.
“Elçin Abbasova dəfələrlə əsaslandırmışam. Məsələn, onun iddiası nədir? Təhsildən anlayışı olmadığına görə o, bizə deyir ki, siz 7-ci sinifdə, tutaq ki, kütlə etalonunu köhnə standartla vermisiniz. Bəs yeni standartlar qəbul olunub? İndi həmin dərsliyi bir az vərəqləyən insan görər ki, biz orada Marsa zond göndərilməsindən, 83-cü ildəki təyyarə qəzasından, Jül Vernin romanından, Feynmanın aforizmlərindən o qədər çox danışmışıq ki, insan düşünər ki, bunların yeni standartların qəbul olunmasından xəbərsiz olma ehtimalı azdır.
Mən təqdimat da hazırlamışdım. Orada addım-addım göstərmişdim ki, həmin dərsliklər necə mütəxəssislərə, AMEA-ya, Bakı Dövlət Universitetinə göndərilir. Biz onların hər birinə “qəbul edilmir” yazanda bunun səbəbini də qeyd edirik. Qəbul ediləndə isə sadəcə “qəbul edildi” yazırıq və dəyişiklik edirik. O, yenidən dizayna gedir, sonra bizə qayıdır və biz onu bir daha yoxlayırıq. Daha sonra dilçi, redaktor və korrektor yoxlamalarından keçir.
Bu qədər ekspertizadan keçəndən sonra sadəcə müəyyən bir yanaşmanı “dərsliklərdə böyük bir səhv var, çoxlu məzmun səhvi var” deyə təqdim edirlər”, – deyə o bildirib.
Mənbə: Trend · 26.11.2026, 15:57 · orijinal məqalə