DİA-nın tələbəsi 5-ci mərtəbədən yıxılaraq öldü

· 1 mənbə

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.

Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.

O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.

Mənbə: Qafqazinfo · 25.11.2026, 16:40 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu