DSX-nin hərbi qulluqçusu vəfat edib
· 3 mənbə
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.
Mənbə: Publika.az · 24.11.2026, 10:51 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
DSX-nin hərbi qulluqçusu vəfat edib