Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

· 2 mənbə

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.

Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.

Qalereya

Mənbə: Baku.ws · 24.11.2026, 10:37 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu