"Duran Duran" qrupunun gitaraçısı Endi Teylor vəfat edib

· 1 mənbə

Bakı.Trend:

Britaniyanın Duran Duran rok qrupunun gitaraçısı Endi Teylor vəfat edib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Qrupun bəyanatında bildirilir ki, musiqiçi noyabrın 23-də, bazar ertəsi günü prostat vəzi xərçəngi ilə uzunmüddətli mübarizədən sonra dünyasını dəyişib.

Teylorun 65 yaşı var idi. O, hələ 13 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlayıb, 1980-ci ildə isə "Duran Duran" qrupuna qoşulub. Həmin onillikdə Duran Duran, əsasən, o dövrdə yeni fəaliyyətə başlayan MTV telekanalında yayımlanan klipləri sayəsində dünyanın ən populyar musiqi qruplarından birinə çevrilib.

Teylor xəstəliyi barədə 2022-ci ildə, "Duran Duran" qrupunun Rok-n-roll Şöhrət Zalına daxil edildiyi zaman açıqlama verib. Səhhəti ilə əlaqədar mərasimdə iştirak edə bilməyib. Növbəti il Duran Duran onun iştirakı ilə hazırlanan sonuncu albomunu – “Danse Macabre”ni təqdim edib.

Mənbə: Trend · 26.11.2026, 11:58 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu