Əfqanlar İran sərhədindən Azərbaycana girmək istədilər

· 1 mənbə

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi məlumat yayıb.

DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə: Qafqazinfo · 28.11.2026, 11:47 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu