Əhaliyə sosial ödənişlər 8,75 milyard manata çatıb – illik artım 9,6%-dir
· 1 mənbə
Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında əhaliyə 8,75 milyard manat sosial ödəniş edilib.
Banker.az Dövlət Sosial Müdafiə Fonduna əsasən xəbər verir ki,bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 766 milyon manat və ya 9,6% çoxdur.
2025-ci ilin ilk on ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard 984 milyon manat ödənilmişdi.
Həmin dövrdə sosial ödənişlər illik 8,7% artmışdı. Bu il artım tempi 0,9 faiz bəndi yüksəlib.
Mənbə: Banker.az · 27.11.2026, 10:47 · orijinal məqalə