Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - VİDEO
· 1 mənbə
Mütəxəssis deyir ki, batareyanın istismar müddətin istifadə və şarj qaydasından da asılıdır. Onun fikrincə, ev şəraitində daha yavaş şarj batareyanın ömrünə müsbət təsir göstərə bilər. Sürətli enerji doldurma isə batareyanın daha tez köhnəlməsinə səbəb olur.
Digər problem isə istifadəyə yararsız batareyaların utilizasiyası ilə bağlıdır. Ustanın sözlərinə görə, bu sahədə lazımi mexanizmlərin olmaması köhnə batareyaların düzgün şəkildə utilizasiyasını çətinləşdirir.
Usta elektromobil sahiblərinə batareyanın uzunömürlülüyü üçün sürətli şarjdan mümkün qədər az istifadə etməyi məsləhət görür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 23.11.2026, 20:40 · orijinal məqalə