Huanqın gözlənilməz qayıdışı “Nvidia”ya 12,2 milyard dollara başa gələcək

· 1 mənbə

Bakı. Trend:

“Nvidia” şirkətinin səhmləri üzrə qısa satış əməliyyatı aparan investorlar şirkətin baş direktoru Censen Huanqın gözlənilməz şəkildə vəzifəsinə qayıtmasından sonra bir gündə 12,2 milyard dollar həcmində zərərlə üzləşiblər.

ORTEX şirkətinin məlumatlarına görə, bu, ən azı 2019-cu ildən bəri qısa satış əməliyyatı aparan investorların bir gündə üzləşdiyi ən böyük zərərdir.

Hesablamalara görə, 168,50 dollar səhm qiyməti əsasında müəyyən edilən zərər ötən həftə əldə olunmuş 10,5 milyard dollardan çox kağız üzərində gəliri silə bilər. Bununla belə, investorlar oktyabrın 29-dan bəri təxminən 14 milyard dollar gəlirdə qalırlar.

Məlumata görə, “Nvidia” səhmləri 33 faiz bahalaşaraq 167,14 dollara çatıb.

Xatırladaq ki, Censen Huanqın nikahdankənar münasibətləri, o cümlədən Çin casusu olduğu iddia edilən şəxslə əlaqəsi barədə məlumatların yayılmasından sonra istefa vermiş, lakin iki həftədən az müddət sonra baş direktor vəzifəsinə qaytarılmışdı. ABŞ Prezidenti Donald Tramp da onun vəzifəsinə qayıtmasına çağırış etmişdi.

Mənbə: Trend · 23.11.2026, 20:52 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu