Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq

· 2 mənbə

Layihəyə əsasən, əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsinə görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Qanun qəbul ediləcəyi halda bu tələblər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 09:52 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu