Elektron qaimə olmadan yük daşıyan sahibkarlar cərimələnəcək

· 1 mənbə

Operativ vergi nəzarəti əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək.

Modern.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsinə görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun qəbul ediləcəyi halda bu tələblər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Mənbə: Modern.az · 27.11.2026, 09:47 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu