Elektron uçota hazırlıq üçün təlimlər başladı - VİDEO
· 1 mənbə
Azərbaycanda ev təsərrüfatlarının elektron uçotuna hazırlıq üçün 6 mindən çox şəxsə təlim keçiriləcək. Bu gün başlayan təlimlər Naxçıvan da daxil olmaqla, 14 iqtisadi zonanı əhatə edir.
Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Xalid Kərimli bildirir ki, uçot nəticəsində formalaşan məlumat bazası əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsinə, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilinə, dövlət dəstəyinin ehtiyacı olan ailələrə ünvanlı şəkildə yönəldilməsinə xidmət edir.
Mənbə: Xəzər Xəbər · 23.11.2026, 22:00 · orijinal məqalə