Ermənistan bu ölkələrdəki səfirlərini geri çağırır
· 1 mənbə
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 13 ölkədəki səfirlərin geri çağırılması barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, müvafiq sənədlər onun rəsmi saytında dərc olunub.
Geri çağırılanlar arasında Bolqarıstan, İsrail, Şimali Makedoniya, Yunanıstan, Albaniya və Niderlanddakı səfirlər, eləcə də Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı nümayəndələr var.
Bundan əlavə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndə və Ermənistanın NATO-dakı missiyasının rəhbəri də geri çağırılıb.
Mənbə: Qafqazinfo · 23.11.2026, 21:57 · orijinal məqalə