Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
· 1 mənbə
Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər. Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
Mənbə: APA · 27.11.2026, 14:58 · orijinal məqalə