Məleykə Abbaszadə tələbələrin "C" korpusu ilə bağlı şikayətlərinə münasibət bildirib, işçi qrupu yaradılıb

· 1 mənbə

"Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm".

APA xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq:

"Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".

Xatrıladaq ki, BDU-nun C korpusunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. Tələbələrin sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır.

Mənbə: APA · 27.11.2026, 11:00 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu