Əməkdar artist: “Heç kimi rəqib hesab etmirəm”

· 1 mənbə

Əməkdar artist Abbas Bağırov müğənnilər arasında rəqabət aparmadığını bildirib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Çərçivədən kənar" verilişində danışıb. O qeyd edib ki, hər müğənninin öz dinləyicisi və pərəstişkarları var. Buna görə də ifaçıları bir-biri ilə müqayisə etməyi düzgün saymır.

Abbas Bağırovun sözlərinə görə, insanlar toy və digər məclislərdə görmək istədikləri sənətçiləri öz zövqlərinə uyğun seçirlər. O, hər müğənninin sənətdə öz yeri olduğunu və heç kimin digərinə rəqib olmadığını vurğulayıb.

"Hamının öz yeri var, heç kim heç kimin rəqibi deyil. Bu, bütün müğənnilərə aiddir", - deyə sənətçi bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 14:50 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu