Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı yeni cinayət işi açılıb

· 2 mənbə

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb. Bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.

Mənbə: Xəzər Xəbər · 25.11.2026, 16:00 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu