Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır

· 1 mənbə

Amerikalı model, dizayner və ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evin əsas Milad ağacını qəbul edib.

Publika.az xəbər verir ki, Melaniyanın qəbulda geyindiyi palto internetdə müzakirələrə səbəb oldu. Fotolar və şərhlər “Daily Mail” saytında dərc olunub .

Amerika liderinin 56 yaşlı həyat yoldaşı, böyük qırmızı və ağ dama-dama naxışlı və kəmərli “Qabriela Hearst” paltosu geyinib. O, həmçinin “Manolo Blahnik”dən ilan dərisi naxışlı sivri burunlu stiletto ayaqqabılarda olub.

Onun diqqət çəkən görünüşü boş buruq saç düzümü və çılpaq makiyajla tamamlanıb. Portalın oxucuları Trampın görünüşü ilə bağlı fikirlərini bölüşüblər.

Onlar şərhlər bölməsində "Varlı bir qadın üçün tikilmiş möhtəşəm palto", "Gözəl at yorğanı", "Bu palto yorğana oxşayır", "Mən onun paltosunu çox bəyəndim, o, orada cazibədar görünür", "Tarixin ən gözəl birinci xanımı" və "Həmişəki kimi zərif" kimi fikirləri bölüşüblər.

Müəllif: Tural

Mənbə: Publika.az · 25.11.2026, 16:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu