Estoniya xarici işlər naziri Bakıya gəlir

· 2 mənbə

Bakı. Trend:

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Azərbaycana səfər edəcək.

Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Marqus Tsahkna səfər zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Mənbə: Trend · 26.11.2026, 17:57 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu