Estoniyanın XİN rəhbəri Azərbaycana səfərə gəldi

· 1 mənbə

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıya səfərə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Tsahkna "X" sosial şəbəkəsində paylaşım edib.

"Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir", - nazir qeyd edib.

Tsahknanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.

Mənbə: Publika.az · 27.11.2026, 03:37 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu