"ExpoSport Azerbaijan 2026" idman sərgisinin açılış mərasimi keçirilib
· 1 mənbə
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisinin açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbir Bakı İdman Sarayında təşkil olunub.
İki gün davam edəcək "ExpoSport Azerbaijan 2026"da 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir.
Sərgi idman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqi üçün geniş platforma yaradacaq.
Qeyd edək ki, "ExpoSport Azerbaijan 2026"da ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.
Mənbə: Report · 27.11.2026, 12:25 · orijinal məqalə