Sneyder Ramosun dünya çempionu olduğu formanı fantastik qiymətə satdı - Foto

· 2 mənbə

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder İspaniya yığmasının keçmiş müdafiəçisi Serxio Ramosa məxsus formanı hərraca çıxararaq külli miqdarda gəlir əldə edib.

Milli.Az xəbər verir ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının finalında geyinilən forma Braziliyada təşkil olunan hərracda 65 126 avroya alıcı tapıb. Həmin vaxt Niderland millisi İspaniyaya 0:1 hesabı ilə məğlub olmuş, qarşılaşmadan sonra Sneyder Ramosla forma dəyişmişdi.

Uzunqol və 15 nömrəli forma son günlərədək niderlandlı futbolçunun şəxsi kolleksiyasında saxlanılıb. Hərraca çıxarılan geyimin üzərindəki bütün orijinal loqolar, nişanlar və yazılar qorunub.

Sneyder final matçında özünün geyindiyi formanı da satışa təqdim edib. Həmin geyim isə 5 min avrodan bir qədər yüksək qiymətə satılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 10:00 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu