Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib

· 2 mənbə

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması zamanı yaşananları müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Fidan Boçorişvili ilə stadiondakı Türkiyə vətəndaşlarının vəziyyəti barədə fikir mübadiəsi aparılıb.

Telekanal həmçinin qeyd edib ki, Türkiyənin Tblisidəki səfirliyinin və baş konsulluğunun əməkdaşları stadiondadırlar. Onların vətəndaşların hüquqlarını qorumaqla bağlı bütün lazımi addımları atdıqları bildirilib.

Mənbə: Report · 26.11.2026, 23:31 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu