Fransada tətil Paris–London qatar reyslərini pozdu

· 1 mənbə

Fransada dəmir yolu işçilərinin tətili səbəbindən "Eurostar"ın Paris–London xəttində azı beş qatar reysi ləğv edilib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, şirkət noyabrın 25-də səhər saatlarına planlaşdırılan reyslərin bir hissəsinin ləğv olunduğunu açıqlayıb. Brüsseldə də qatar reyslərində gecikmələr qeydə alınıb.

"Eurostar" tətil barədə gecə saatlarında məlumat aldığını bildirib. Reysləri ləğv edilən sərnişinlər biletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

Dəmir yolu işçiləri maaş artımı tələbi illik danışıqlarda qarşılanmadıqdan sonra tətilə başlayıblar.

Mənbə: Baku.ws · 25.11.2026, 15:54 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu