Gələn ay 9 gün iş olmayacaq - Tarixlər
· 1 mənbə
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 9 gün istirahət edəcəklər.
Milli.Az xəbər verir ki, dekabr ayında 5 şənbə və 4 bazar günü olmaqla, ümumilikdə 9 həftəsonu günü var.
Bundan əlavə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bu tarix də ölkədə qeyri-iş günüdür.
Yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləridir. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində yanvarın 4-ü də istirahət günü olacaq.
Beləliklə, dekabr ayında 9 istirahət günü, 1 bayram günü olmaqla, ümumilikdə 10 qeyri-iş günü olacaq.
Qeyd edək ki, 31 dekabr 2026-cı il tarixindən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət edəcəyik.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 16:11 · orijinal məqalə