Həmin hadisədən sonra “Bitcoin” bahalaşdı
· 1 mənbə
Jensen Huanqın Amerika texnologiya nəhəngi “Nvidia”nın rəhbəri vəzifəsinə yenidən təyin olunması xəbərindən sonra “Bitcoin”in qiyməti 6% artıb.
“Qafqazinfo” xəbər verir ki, kriptovalyutanın dəyəri təxminən 64 300 dollara yüksəlib.
Qeyd edək ki, “Nvidia”nın Direktorlar Şurası Jensen Huanqın dərhal prezident, baş icraçı direktor (CEO) və Direktorlar Şurasının üzvü vəzifələrinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. Bu qərar ABŞ rəsmiləri ilə aparılan məsləhətləşmələrdən sonra verilib.
Mənbə: Qafqazinfo · 23.11.2026, 21:33 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Həmin hadisədən sonra “Bitcoin” bahalaşdı