İran Fars körfəzində ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb

· 1 mənbə

İran ordusu Fars körfəzi üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusunun bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ-a məxsus PUA Hörmüz boğazının şərqində, İranın vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında aşkarlanıb.

İran ordusunun məlumatına əsasən, pilotsuz uçuş aparatı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus yerli istehsal sistemləri vasitəsilə vurularaq məhv edilib.

Mənbə: APA · 23.11.2026, 21:30 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu