Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar -

· 1 mənbə

Hindistanın Bihar əyalətində sabiq deputat Anant Sinqin qızı Şivangi Sinqin toyu görünməmiş izdiham və xaosla yadda qalıb.

Milli.Az xəbər verir ki, 2,5 hektarlıq ərazidə keçirilən mərasimə təxminən 400 min insan qatılıb.

Yollar bağlandığından qonaq siyasətçilərdən biri avtomobilini qoyaraq toya tarlaların içindən traktorla getməli olub. VIP qonaqlar üçün 5 helikopter meydançası qurulub, 500 aşpaz cəlb edilib. Süfrəyə 500 min şirniyyat və 1 tona yaxın ət hazırlanıb.

Bəy isə mərasimə 151 avtomobildən ibarət kortejlə gəlib və ona "Land Rover Defender" avtomobili hədiyyə edilib.

Lakin izdiham təhlükəli həddə çatıb. At yarışı ləğv edilib, yemək paylanarkən boşqab çatışmadığından qonaqlar yeməkləri fincan və karton qutulara yığıblar.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: Milli.az · 28.11.2026, 11:14 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu