Kompüterin tezliklə sıradan çıxacağını necə anlamaq olar?
· 1 mənbə
Kompüterdən gələn qeyri-adi səslər onun tezliklə sıradan çıxacağının ilkin əlamətlərindən biri ola bilər.
Modern.az xəbər verir ki, mütəxəssislər xüsusilə mexaniki sərt diskdən gələn çıqqıltı, xışıltı və sürtünmə səslərinə diqqət yetirməyi tövsiyə edirlər.
Kompüterin tez-tez donması, gec açılması, faylların köçürülməsi zamanı xətaların yaranması da sərt diskdə nasazlığın göstəricisi ola bilər.
Belə hallarda yaddaş qurğusunun texniki vəziyyətini müəyyənləşdirmək üçün SMART diaqnostika sistemindən istifadə etmək mümkündür. Lakin bu sistem də bütün nasazlıqları əvvəlcədən müəyyən edə bilmir.
Mütəxəssislər qeyri-adi səslər eşidildikdə vacib faylların ehtiyat nüsxəsinin yaradılmasını, sərt diskin yoxlanılmasını və zərurət yaranarsa, dəyişdirilməsini məsləhət görürlər.
Davamlı çıqqıltı və sürtünmə səsləri eşidildikdə isə kompüteri söndürmək və mütəxəssisə müraciət etmək tövsiyə olunur. Əks halda mühüm məlumatların birdəfəlik itirilməsi riski yarana bilər.
Mənbə: Modern.az · 28.11.2026, 11:24 · orijinal məqalə