Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib
· 1 mənbə
Horadiz–Ağbənd dəmir yolu xəttinin III mərhələsi üzrə 5 körpü tikilib.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110,4 kilometr, yan yollar nəzərə alınmaqla isə təxminən 140,6 kilometr təşkil edir. Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85, tikinti-quraşdırma işlərinin isə 73 %-i yerinə yetirilib:
"Hazırda 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Bu dəmiryol xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır".
Mənbə: Report · 27.11.2026, 12:39 · orijinal məqalə