Cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istədilər - FOTO

· 1 mənbə

12 saylı cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirilməsi cəhdinin qarşısı alınıb.

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Penitensiar xidmətin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı məhkuma tanışının gətirdiyi sovqata baxış keçiriblər. Baxış zamanı altı bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nazirlik xatırladıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşya və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Mənbə: Modern.az · 27.11.2026, 12:45 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu