Həmin siyahıda gerilədi

· 1 mənbə

“Nvidia” səhmləri 8% ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Forbes” məlumat yayıb.

Qısamüddətli artımdan sonra baş verən bu eniş nəticəsində şirkətin baş icraçı direktoru Jensen Huanqın sərvəti 10 milyard dollardan çox azalıb.

“Forbes”un real vaxt rejimindəki milyarderlər siyahısında Huanq 13-cü yerdən 14-cü yerə geriləyib. Onun sərvəti 133,1 milyard dollar təşkil edir və o, bu göstərici ilə “Walmart” pərakəndə satış imperiyasının varisi Elis Uoltondan geri qalıb.

Mənbə: Qafqazinfo · 24.11.2026, 20:49 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Həmin siyahıda gerilədi

Qafqazinfo saytında oxu