İran kimyəvi silah hazırlayır: Region ölkələri hədəfdədir
· 1 mənbə
İsrail hakimiyyəti İranın region ölkələrinə qarşı istifadə etmək məqsədilə kimyəvi silah hazırladığını iddia edir.
Publika.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
İsrailin müdafiə naziri İsrael Katz Tehranın yəhudi dövlətinə və regionun digər ölkələrinə qarşı istifadə etmək üçün kimyəvi silah hazırladığını bildirib.
“İran kimyəvi silah hazırlayır. İsrail bundan xəbərdardır, ABŞ da”, - deyə nazir vurğulayıb.
Portalın məlumatına görə, İran İsrail və ABŞ-la qarşıdurmanın əvvəlki iki mərhələsinin nəticələrini nəzərə alaraq kimyəvi silah hazırlamaq qərarına gəlib.
Katz bildirib ki, Vaşinqton və Təl-Əviv artıq bir müddətdir bu barədə kəşfiyyat məlumatlarına malikdir. Onun sözlərinə görə, İsrail hakimiyyəti İranda belə silahın yaradılmasının və əməliyyat istifadəsinə hazır vəziyyətə gətirilməsinin qarşısını almaq niyyətindədir.
Akqabay
Mənbə: Publika.az · 25.11.2026, 12:18 · orijinal məqalə