İrandan İraqa xəbərdarlıq: “ABŞ-ın siyasətinə xidmət etməyin”
· 1 mənbə
İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber İraq hakimiyyətinə sərhəd məsələlərində diqqətli olmağı və ABŞ-ın siyasətinə xidmət edən vasitəyə çevrilməməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Moxber, İranın xarici siyasətində qonşu ölkələrlə ortaq taleyə malik olmağın əsas prinsip olduğunu vurğulayıb və Tehranın ən çətin anlarda İraq xalqına dəstək verdiyini bildirib.
“Bu sarsılmaz bağ Bağdaddan tələb edir ki, sərhəd məsələlərində sayıq olsun və İslam düşmənlərinin əlində bir alətə, yaxud cinayətkar Trampın siyasətinə xidmət edən bir vasitəyə çevrilməsinə yol verməsin”, – deyə Moxber qeyd edib.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 28.11.2026, 18:36 · orijinal məqalə