İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
· 1 mənbə
İran İslam Respublikası üçün təhdid yaradan dünyanın istənilən nöqtəsinə zərbə endirəcək.
Publika.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu fikri İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri bildirib.
"Bizə təhlükə mənbəyi olan istənilən yer dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizim üçün qanuni hədəf sayılacaq və vurulacaq!", – deyə komandan müavini vurğulayıb.
Heydəri onu da əlavə edib ki, İran ordusu ABŞ, İsrail və ölkənin digər düşmənlərinin istənilən "səhvinə" hər an cavab verməyə hazırdır.
Müəllif: Tural
Mənbə: Publika.az · 28.11.2026, 17:10 · orijinal məqalə