İsrail gözəlinin geyimi etiraz doğurdu: Səhnədə fitə basdılar

· 1 mənbə

2026-cı il “Kainat gözəli” müsabiqəsində İsraili təmsil edən Danielle Yablonkanın Qüds təsvirli milli geyimi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “Ynetnews” məlumat yayıb.

Puerto-Rikonun paytaxtı San Juanda keçirilən milli geyim nümayişində 25 yaşlı Yablonka qızılı rəngli kostyum, dəbdəbəli tac və geniş mantiya ilə səhnəyə çıxıb. Geyimdə Qüdsün Köhnə Şəhəri, zeytun ağacları və Yaffa portağalları təsvir olunub. Dizaynda ingilis, ərəb və ivrit dillərində “Sülh”, eləcə də “Qüds - Sülh Şəhəri” ifadələri yer alıb.

İştirakçının adı elan edilən zaman tamaşaçıların bir qismi fitə basaraq etirazını bildirib, digərləri isə onu alqışlayıb. Buna baxmayaraq, Yablonka təqdimatını davam etdirərək mantiyası üzərindəki təsvirləri nümayiş etdirib.

Görüntülərin yayılmasından sonra geyimin simvolik mənası və İsrailin Qüds üzərindən verdiyi sülh mesajı ətrafında müzakirələr başlayıb.

Müəllif: Roza

Mənbə: Publika.az · 24.11.2026, 14:36 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu