İstanbulda iki gündür axtarılan şir tapılmadı

· 1 mənbə

Türkiyənin İstanbul şəhərində iki gündür davam edən axtarışlara baxmayaraq, ərazidə şirin olması ilə bağlı heç bir sübut aşkarlanmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər ərazidə axtarışlar aparıb və müxtəlif rakurslardan çəkilmiş videogörüntüləri araşdırıblar:

“Axtarışlar nəticəsində ərazidə şirin olması ilə bağlı heç bir konkret sübut tapılmayıb. Yeni videogörüntülərin təhlili göstərib ki, kadrlardakı heyvan nə şir, nə də böyük pişiklər yarımfəsiləsinin nümayəndəsidir”.

Xatırladaq ki, daha əvvəl İstanbulda fərdi yaşayış evinin həyətində saxlanılan şirin qaçdığı barədə məlumat yayılmışdı. Heyvanın axtarışına silahlı şəxslər və dronlar cəlb olunmuşdu. Hadisə ilə əlaqədar İngiltərənin “Aston Villa” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində “Qalatasaray”la keçiriləcək oyunöncəsi stadion məşqini də ləğv etmişdi.

Mənbə: Qafqazinfo · 24.11.2026, 00:37 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu