Yüksək vəzifəli məmur saxlanıldı: 1 milyardlıq mənimsəmə...
· 1 mənbə
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis dələduzluq və mənimsəmə şübhəsi ilə Moskvada saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Onun sözlərinə görə, Çibis noyabrın 23-də Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən saxlanılıb.
Qubernatorun saxlanılması Murmansk vilayətində yolun yenidən qurulması zamanı 39 milyon rublun mənimsənilməsi və 1 milyard rubldan artıq vəsaitin israf edilməsi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib.
Mənbə: Publika.az · 24.11.2026, 00:27 · orijinal məqalə