İtkin düşən 19 yaşlı gəncdən xəbər var -
· 1 mənbə
İtkin düşən Elvin Əhmədovdan xəbər var.
Bu barədə onun yaxınları məlumat verib.
Qeyd olunub ki, 19 yaşlı gənc ailəsi ilə əlaqə saxlayaraq evə qayıdacağını bildirib.
Milli.Az xəbər verir ki,bu barədə Axar.az-a Elvinin yaxınları məlumat verib.
Məlumata görə, artıq polis tərəfindən adıçəkilən şəxsin axtarışı elan olunub.
Onun əlamətləri: boyu 175 sm, saçları qara, arıq bədən quruluşludur.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, eyni zamanda onun yaxınının (070) 926-26-97 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 23:17 · orijinal məqalə