IV Mehmetin İspaniya kralına göndərdiyi məktub tapıldı: səhvin üstü açıldı - VİDEO

· 1 mənbə

İspaniyanın Milli Tarix Arxivində 1650-ci ilə aid, Osmanlı sultanı IV Mehmetin tuğrasını daşıyan və İspaniya kralı IV Felipeyə göndərilmiş təxminən 3 metr uzunluğunda məktub bərpa edilərək sərgidə nümayiş etdirilib.

Modern.az xəbər verir ki, məktub Osmanlı–İspaniya diplomatik münasibətlərinin tarixdə göstəriləndən daha tez, təxminən 130 il əvvəl başladığını sübut edir. Sənəddə əsasən sülh və ticarət əməkdaşlığı məsələləri vurğulanır.

Tarixçilərin fikirləri isə bəzi məqamlarda fərqlənir:

Dr. Rubén González Cuerva hesab edir ki, Osmanlı bu addımla Venesiya ilə müharibə şəraitində İspaniyanı öz tərəfinə çəkməyə və katolik dövlətləri arasındakı birliyi zəiflətməyə çalışırdı.

Prof. İdris Bostan isə məktubun iki dövlət arasında rəsmi müqavilənin bağlandığını sübut etmədiyini, lakin ən yüksək səviyyədə diplomatik təmasların mövcudluğunu təsdiqlədiyini bildirir.

Məktubu İspaniyaya aparan Osmanlı elçisi Əhməd ağanın statusu da müzakirə mövzusudur. Bostanın fikrincə, o, adi nümayəndə deyil, xüsusi səlahiyyətlərə malik elçi olub.

Məqalədə həmçinin qeyd olunur ki, XVI–XVII əsrlərdə Osmanlı və İspaniya arasında müharibə rəqabətinə baxmayaraq, ticarət və diplomatik əlaqələr qurmaq cəhdləri mövcud idi.

1650-ci il məktubu Osmanlı–İspaniya münasibətlərinin tarixini yenidən nəzərdən keçirməyə əsas verir. Tarixçilər sənədin mühüm diplomatik sübut olduğunu qəbul etsələr də, onun rəsmi dövlətlərarası münasibətlərin başlanğıcı kimi qiymətləndirilməsi məsələsində ehtiyatlı yanaşırlar.

Mənbə: Modern.az · 29.11.2026, 09:55 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu