Bu ərazi də plana düşüb - Sakinlərə kompensasiya veriləcək/VİDEO
· 1 mənbə
Avtomobil Yolları Dövlət Agentliyindən isə şifahi olaraq bildirildi ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə yaşayış komplekslərindən birini Bakı-Qars küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisindən ibarətdir. Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 28.11.2026, 21:50 · orijinal məqalə