Kafedə hesab üstündə dava

· 1 mənbə

İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo · 26.11.2026, 10:34 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Kafedə hesab üstündə dava

Qafqazinfo saytında oxu