Konqoda Ebolaya yoluxanların sayı 12 mini ötüb

· 1 mənbə

Bakı.Trend:

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının laborator təsdiqlənmiş sayı 12 mini ötüb.

TASS-ın məlumatına görə, Bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

“Ebolanın hazırkı yayılması çərçivəsində yoluxanların sayı 12 021 nəfərə çatıb. Son 24 saat ərzində qızdırmaya 66 yeni yoluxma halı qeydə alınıb. Laborator təsdiqlənmiş ölüm hallarının sayı 5 904-ə çatıb ki, bu da gün ərzində 37 nəfər artım deməkdir. Ölüm faizi 49,1 faiz, Ebola xəstələri ilə təmasda olmuş şəxslərin izlənilməsi səviyyəsi isə 85,1 faiz təşkil edir. Hazırda 1 092 nəfər Ebola şübhəsi ilə tibbi təcridxanalarda və karantində saxlanılır”, - deyə məlumat bülletenində bildirilib.

Afrikada may ayında KDR və Uqandada başlayan hazırkı Ebola epidemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərman və vaksinlərin olmadığı nadir Bundibuqyo virusu səbəb olub.

Epidemiyanın episentri Konqonun İturi əyalətində yerləşir. Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını elan edib. Bu məlumat daha sonra ÜST tərəfindən təsdiqlənib.

Mənbə: Trend · 26.11.2026, 10:40 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu