Kallas Suriyaya Donbas və Abxaziya ilə bağlı şərt qoydu

· 1 mənbə

Avropa İttifaqı Suriyadan Donbas, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı əvvəlki qərarlarını geri götürməyi tələb edir.

Publika.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri məlumat yayıb.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Brüssel Dəməşqdən Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir.

Onun sözlərinə görə, bu məsələ Suriyanın xarici işlər naziri və ölkə rəhbərliyi ilə görüşlərdə də müzakirə olunub.

Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqlə münasibətləri bərpa etməyə çalışır.

Müəllif: Adəm

Mənbə: Publika.az · 24.11.2026, 15:00 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu