"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
· 1 mənbə
Müğənni Ofelya Şabanova toylara yüksək qonorarla gedən həmkarlarından biri ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, sənətçi şəhid ailəsinin məclisində iştirak etmək üçün 5 min manat qonorar tələb edən müğənninin olduğunu bildirib.
Ofelya Şabanova həmin hadisəni belə nəql edib:
“Müğənni var, adını çəkə bilmərəm. Ona zəng ediblər ki, şəhidimizin balasının kiçik toyudur, səni də orada görmək istəyirik. Mən həmin toyda sevə-sevə oxudum. Şəhidin anası mənə yaxınlaşaraq dedi ki, filan müğənniyə zəng edib. Həmin müğənni əvvəlcə 5 min manat qonorar istəyib, sonra isə 4500 manata getməyə razılaşıb. İndi efirlərdə həmin müğənni mənəm-mənəm deyir”.
Ofelya Şabanova şəhid ailəsinin məclisində iştirak etmək üçün yüksək qonorar tələb edən həmkarının bu davranışını qınayıb.(Qaynarinfo)
Mənbə: Publika.az · 24.11.2026, 15:12 · orijinal məqalə