Kəlbəcərdə 267 nəfər işlə təmin olundu
· 1 mənbə
Kəlbəcər rayonuna köçürülmüş sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən, 26 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Həmçinin 12 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Mənbə: Modern.az · 24.11.2026, 18:01 · orijinal məqalə
Bu barədə kim yazır
Modern.az
Kəlbəcərdə 267 nəfər işlə təmin olundu