Kim Çen Inın nüvə silahı istehsal edilən müəssisədən görüntüləri yayıldı
· 1 mənbə
Şimali Koreya lideri Kim Çen In nüvə silahlarının istehsal olunduğu müəssisəyə baş çəkib.
“Qafqazinfo” xəbər verir ki, Şimali Koreya mediası ölkə liderinin müəssisəyə səfərindən fotolar yayıb.
Sözügedən görüntülər hərbi ekspertlərin böyük marağına səbəb olub. Belə ki, fotolarda uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqalar, eləcə də Şimali Koreyanın daha əvvəl məlum olmayan nüvə reaktorlarının komponentlərinə bənzəyən avadanlıqlar əks olunub.
Bundan başqa, bəzi fotolarda nüvə və termonüvə döyüş başlıqlarının görüntüləri bulanıqlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla görüşdən imtina etdikdən sonra nüvə döyüş başlıqlarına və nüvə silahları üçün material istehsal edən müəssisəyə baxış keçirmək qərarına gəldiyini yazmışdı.
Şimali Koreya lideri son açıqlamalarında Vaşinqtonu Cənubi Koreyanın atom sualtı qayığı əldə etmək istəyini dəstəkləməkdə ittiham edib.
Mənbə: Qafqazinfo · 26.11.2026, 18:10 · orijinal məqalə